Sadıxov “UFC Fight Night” turnirində braziliyalı rəqiblə QARŞILACAQ

06.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Fevralın 15-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “UFC Fight Night” turnirində azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxov da iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, həmyerlimiz bu turnirdə braziliyalı İsmael Bonfimlə qarşılaşacaq.

Bu döyüş turnirin ikinci ən önəmli qarşılaşması hesab edilir. Gecənin əsas döyüşü isə amerikalı Jared Kannonier ilə braziliyalı Qreqori Rodriges arasında baş tutacaq.

Turnirdə iştirak edəcək 12 döyüşçünün adı artıq açıqlanıb, lakin siyahının genişləndirilməsi gözlənilir.

Xatırladaq ki, Nazim Sadıxov sonuncu döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkdakı “Madison Square Garden” arenasında rusiyalı Vyaçeslav Borşçevə qarşı keçirib. Üç raund davam edən görüşdə hakimlər heç-heçə qərarı veriblər. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью