Şadlıq evimi bacım, qardaşım satdı

03.02.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Yusif Mustafayev bir müddət əvvəl satdığı şadlıq evindən danışıb. 

Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində hələ də insanların bunun üçün ona müraciət etdiyini deyib. 

"Elə bilirlər ki, yenə mənimdir. Tövbə, mənim deyil. Satdım, artıq işlətmirəm. Şadlıq evi işlətməyə tövbə etmişəm" deyə, Y.Mustafayev söyləyib. 

Müğənni aparıcı Aytəkin Mərdanovanın "Satıb ev alıb" sözlərinə "Bəli. Özüm satmadım, bacım, qardaşım satdı" cavabını verib.

Qeyd edək ki, Y.Mustafayev 2001-ci ildə sahibi olduğu şadlıq evini satdığını deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью