Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astara rayonunda şadlıq sarayının həyətində dava düşüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Pensər kəndi ərazisində yerləşən “Şəhram” şadlıq sarayının həyətində baş verib.
Astara rayon sakini, 1982-ci il təvəllüdlü Zəhmət həmkəndlisi Vüqar (adlar şərtidir – red.) ilə mübahisə edib. O, həmkəndlisi ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun üz nahiyəsinə, burnuna kəllə zərbəsi vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Zəhmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Zəhmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanı tam şəkildə ödədiyini deyib.
Astara Rayon Məhkəməsində aparılan araşdırma zamanı onların barışmasını nəzərə alınıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Pensər kəndi ərazisində yerləşən “Şəhram” şadlıq sarayının həyətində baş verib.