Şadlıq evindən 22 min manatlıq OĞURLUQ

21.03.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Modern.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun məlumatına görə, onlar şadlıq evinə  22200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью