Şadlıq evləri zalların bər bəzəyinə diqqət ayırmaqdansa... AQTA | Icma.az
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Mansur Piriyev bu gecə Bakıda 51 nəfərin toyda zəhərlənməsi məsələsi ilə bağlı əhaliyə və sahibkarlara müraciət edib.
Globalinfo.az xəbər verir ki, şöbə müdiri AQTA tərəfindən müntəzəm keçirilən tədbirlərə baxmayaraq hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlindiyini deyib.
Onun sözlərinə görə, ictimai iaşə müəssisələrində xüsusilə, kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir: “Təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub.
Nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub.
Amma təəssüf ki hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir”.
M.Piriyev onu da qeyd edib ki, aşkarlanan nöqsanların təhlili bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə biganədirlər: “Sözügedən sahibkarlar məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar.
Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlınmələrin baş verməsinə şərait yaradır.
Tam oxu
Xəbəri oxu