Saf işıqda parıldayır stolun üstündə çörək və şərab... Avstiyalı şairdən Qış axşamı

03.11.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün avstriyalı şair Georq Traklıən anım günüdür.

Kulis.az onun "Qış axşamı" şeirini təqdim edir.

Qar yağanda pəncərəyə,
Axşam zəngi uzun-uzadı çalınar...
Neçə-neçə insan üçün
Hazırlanıb süfrə, səliqəyə salınıb ev...

Ziyarətçilər, sərgərdanlar çoxu
Qaranlıq yollarla gəlib çıxar bu qapıya.
Lütf ağacı qızıl rəngdə çiçək açar
Yerin sərin şirəsindən, qoynundan.

Sükutla içəri addımla, ey sərgərdan,
Kədər aşındırıb daşa döndərib astananı.
Amma bax, saf işıqda parıldayır
Stolun üstündə - çörək və şərab.

Rus dilindən sətri tərcümə etdi: Aydan Ağayeva

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək? Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi” Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью