Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?

27.01.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bitkilər qızılı yoxdan var etmir, lakin alimlərin fikrincə, bəzi növlər torpaqdakı qızıl hissəciklərini özündə toplayaraq ekoloji təmiz mədənçilik üsulunun qapısını açır.

Milli.Az xəbər verir ki, bu sahədəki araşdırmaları ilə tanınan Kris Anderson və komandası sübut edib ki, xüsusilə evkalipt və Hind xardalı kimi bitki növləri torpaqdakı qızılı kökləri vasitəsilə sora bilir.

Qızıl tərkibli torpaqlarda metal hissəcikləri çox vaxt çox kiçik və səpələnmiş halda olur. Alimlər xüsusi kimyəvi maddələr əlavə edərək bu qızılı bitkinin uda biləcəyi həll olunmuş vəziyyətə gətirirlər.

Bitki kökləri bu həll olunmuş qızılı su və qidalarla birlikdə sorur.

Qızıl bitkinin damar sistemi boyunca daşınır və yarpaqlarda, gövdədə nanohissəciklər halında toplanır. Bu, bitkiyə zərər vermir; bitki qızılı bir növ "bioloji anbar" kimi saxlayır.

Evdə dibçəkdə qızıl yetişdirmək iddialarının əksinə, bu, sənaye səviyyəli bir prosesdir

Kifayət qədər metal toplayan bitkilər biçilir. Live Science nəşrinə verilən məlumata görə, yığılan bitkilər yandırılır. Yerdə qalan külün içindəki qızıl metallurji üsullarla ayrılır və saflaşdırılır.

Fitomineralizasiya (və ya fitomədənçilik) ənənəvi mədənçilik üsullarına nisbətən təbiətə daha az zərər verir. Bu üsulun əsas üstünlükləri:

Açıq mədən ocaqlarının yaradılmasına ehtiyac qalmır.

Çirklənmiş ərazilərin təmizlənməsinə kömək edir.

Yalnız qızıl deyil, həm də platin, palladium kimi nadir metalların əldə edilməsində istifadə oluna bilər.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью