Safanova görə klubdan gedə bilər

16.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Safanova görə klubdan gedə bilər

PSJ-nin növbəti mövsüm üçün əsas qapıçısı müəyyənləşib.

QOL.az xəbər verir ki, klubun birinci nömrəsi kimi rusiyalı Matvey Safonov təsdiqlənib.

Bu qərardan sonra əsas heyətdə yerini itirən Lüka Şevalyenin Paris təmsilçisindən ayrılması gündəmə gəlib. “Jeunesfooteux” nəşrinin məlumatına görə, fransalı qolkiper “Yuventus”un maraq dairəsinə düşüb. A Seriyasının nəhəngi uzun müddətdir ki, yüksək səviyyəli qapıçı axtarışındadır.

Məlumata görə, Şevalye ötən mövsümə PSJ-də əsas qapıçı kimi başlasa da, qışdan sonra Safonovla rəqabətdə geridə qalıb.

Qeyd edək ki, “Transfermarkt” portalı 24 yaşlı qapıçının dəyərini 25 milyon avro olaraq göstərir. Onun Paris klubu ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью