Safonovun PSJ dəki maaşı aliment mübahisəsinə səbəb oldu

11.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovun keçmiş həyat yoldaşı futbolçunun Fransa klubundakı gəlirlərini gizlətdiyini iddia edərək Rusiya Konstitusiya Məhkəməsinə müraciət edib.

İdman.Biz sport24.ru-ya istinadla xəbər verir ki, Anastasiya Safonovu PSJ ilə müqaviləsi üzrə əldə etdiyi gəlirləri Rusiyanın məhkəmə icraçılarından gizlətməkdə ittiham edir.

Onun sözlərinə görə, futbolçunun azyaşlı qızı üçün ödədiyi aliment Rusiyada rəsmən bəyan edilən aylıq 150 min rubl (təxminən 3 400 manat) əməkhaqqı əsasında hesablanır. Bu məbləğ isə Safonovun PSJ-dəki faktiki gəlirlərini əks etdirmir.

Anastasiya məhkəmədən futbolçunun Fransa klubundakı gəlirləri barədə məlumatları açıqlamasını tələb etməyi və məsələyə hüquqi qiymət verməyi xahiş edib.

Qeyd edək ki, 26 yaşlı Matvey Safonov peşəkar karyerasına 2017-ci ildə Rusiyanın “Krasnodar” klubunda başlayıb. Uzun müddət bu komandanın formasını geyinən qapıçı 2024-cü ilin iyununda 20 milyon avro (təxminən 37 milyon manat) qarşılığında PSJ-yə keçib. O, Rusiya millisinin də üzvüdür.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью