Safranko xəstəxanada Marandiçini ziyarət etdi

09.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un futbolçus Denis Marandiçini ziyarət edib.

QOL.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində  keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.

Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, arandiçinin arxadan topuq nahiyəsinə dəyib. 

Safranko Marandiçini xəstəxanada ziyatət edib. O, bununla bağlı şəkli öz İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью