Şaftalı ekstraktı ömrü uzadır

26.04.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər şaftalının qocalmaya qarşı mübarizədə əsas amil ola biləcəyi qənaətinə gəliblər. Nəticələr "Asian Journal of Longevity Research" (AJLR) jurnalında dərc olunub.

News24.az xəbər verir ki, Tokio Tibb Universitetinin qidalanma üzrə aparıcı mütəxəssisləri müəyyən ediblər ki, şaftalı orqanizmdə yaşla bağlı dəyişiklikləri ləngidə bilən maddələrin unikal birləşməsini ehtiva edir.

Belə ki, şaftalı ekstraktının müntəzəm istehlakı ömür müddətini 23% artırır. Alimlər hesab edirlər ki, bu meyvəni qida rasionunuza daxil etmək ömrünüzü sağlam uzatmaq üçün sadə və təsirli bir üsul ola bilər.

Onların fikrincə, şaftalı bioloji aktiv birləşmələrin əsl xəzinəsidir. Alimlər şaftalıda olan antioksidanların xərçəng hüceyrələrini də məhv etdiyini müəyyən ediblər. /Manset.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью