Şaftalı iyulda Azərbaycanın qeyri neft ixracında 1 ci olub

28.08.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında şaftalı və nektarinlər ilk sırada yer alıb.

Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, iyul ayında ölkədən 46,8 milyon ABŞ dolları dəyərində şaftalı və nektarinlər ixrac edilib.

Bununla da şaftalı və nektarinlər iyul ayında ixrac edilmiş qeyri-neft sektoruna aid mallar arasında birinci yeri tutub.

Siyahıda 37,2 milyon ABŞ dolları ilə qızıl ikinci, 28,7 milyon ABŞ dolları ilə polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar isə üçüncü olub.

Ümumilikdə, 2026-cı ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15,8% artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı isə (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

2026-cı ilin yanvar-iyul aylarında isə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью