Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Avroviziya" təmsilçimiz Safura Əlizadə Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib.
Axşam.az-ın məlumatına görə, ifaçı Pop diva ilə illər əvvəl lentə alınan fotosunu yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Xalq artisti 2016-ci ildə verilişlərdən birində mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə illər əvvəl sevgi yaşadığını, qarşı tərəfin valideynlərinin onları ayırdığını qeyd etmişdi.
F.Əliyevin oğlu hazırda Safura ilə evlidir. Cütlük Türkiyədə yaşayır, üç övladı var.