Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"Avroviziya" təmsilçilərimizdən olan Safura Əliyeva qızı Aişə ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı övladının 9 yaşının tamam olduğunu bildirərək onu təbrik edib.
Safura qızının fotolarını yayımlayaraq bunları yazıb:
"Gözəl qızım, 9-cu doğum günün mübarək! Sən mənim sevincim, işığım və ən böyük nemətimsən. Səni sözlərlə ifadə edilə biləcəyindən daha çox sevirəm".
Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Türkiyədə yaşayan cütlüyün 3 övladı var.