Sağ qalan sərnişin qəza anından danışdı

12.06.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.

“Qafqazinfo” xəbər verir ki, sağ qalan sərnişinin Britaniya vətəndaşı Vişvas Kumar Rameş olduğu müəyyən edilib.

Onun adı və yeri həm səlahiyyətli orqanlar tərəfindən açıqlanan siyahıda, həm də minmə talonunda aydın şəkildə göstərilib. Vişva hazırda xəstəxanada tibbi müayinə və müalicə alır.

Jurnalistlərə verdiyi qısa müsahibədə Vişvas qəza anlarını belə xatırlayıb:

“Təyyarə havaya qalxdıqdan 30 saniyə sonra yüksək səs gəldi və sonra hadisə baş verdi. Hər şey bir anda oldu”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью