Sağ qalan stüardessadan etiraz: Mən aktrisa deyiləm, bələdçiyəm...

27.12.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonunda paylaşılmasını istəmir.

Turkustan.az xəbər verir ki, bu barədə Aydanın müalicə olunduğu "Yeni Klinika"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb:

"Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: "Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью