Sağ qalan stüardessadan etiraz: Videolarımı belə paylaşmayın!

27.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin sağ qalan bələdçisi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonunda paylaşılmasını istəmir.

Axar.az xəbər verir ki, bu barədə Aydanın müalicə olunduğu "Yeni Klinika"nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb:

"Əziz dostlar, bələdçi Aydan xanımın bir xahişini çatdırım: "Xahiş edirəm, deyin mənim videolarımı musiqi ilə montaj edərək sosial hesablarda yaymasınlar. Mən aktrisa deyiləm, bələdçiyəm, yaralarım isə göründüyündən daha dərindir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью