Sağ qalmış təyyarə bələdçisi də dünyasını dəyişdi... | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Avstriyada kabinədəki tüstüdən məcburi eniş edən təyyarədə olan isveçrəli stüardessa dünyasını dəyişib.
Moderator.az "İndependent"-ə istinadla xəbər verir ki, bu barədə "Swiss Air Lines" məlumat yayıb.
Qeyd olunur ki, "LX1885" reysinin ekipaj üzvü Avstriyanın Qrats şəhərində xəstəxanada dünyasını dəyişib.
Nəşr xatırladır ki, dekabrın 23-də Buxarestdən Sürixə uçan təyyarə “Airbus A220-300” təyyarəsinin mühərrikində uçuş zamanı yaranan problemlərə görə yaranan tüstü səbəbindən Qratsa enməyə məcbur olub.
Avia-şirkət “ailəsinə hörmət əlaməti olaraq” bələdçi haqda əlavə təfərrüat açıqlamayıb.
"Swiss Air Lines"-in baş əməliyyat direktoru Oliver Buxqofer isə şirkətin “müvafiq orqanlarla birlikdə işçinin ölümünün səbəblərini müəyyən etmək üçün mümkün olan hər şeyi edəcəyini” vəd edib: “Bizim çoxlu suallarımız var və onların cavablandırılmasını istəyirik...
Həmkarımızın və komandamızın üzvünün itkisi məni utandırır və dəhşətə gətirir”.
Tam oxu
Xəbəri oxu