Sağ qalmış təyyarə bələdçisi də dünyasını dəyişdi… | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avstriyada kabinədəki tüstüdən məcburi eniş edən təyyarədə olan isveçrəli stüardessa dünyasını dəyişib.
News24.az infoaz.ws-ə istinadla xəbər verir ki, bu barədə “Swiss Air Lines” məlumat yayıb.Qeyd olunur ki, “LX1885” reysinin ekipaj üzvü Avstriyanın Qrats şəhərində xəstəxanada dünyasını dəyişib.Nəşr xatırladır ki, dekabrın 23-də Buxarestdən Sürixə uçan təyyarə “Airbus A220-300” təyyarəsinin mühərrikində uçuş zamanı yaranan problemlərə görə yaranan tüstü səbəbindən Qratsa enməyə məcbur olub.Avia-şirkət “ailəsinə hörmət əlaməti olaraq” bələdçi haqda əlavə təfərrüat açıqlamayıb.
“Swiss Air Lines”-in baş əməliyyat direktoru Oliver Buxqofer isə şirkətin “müvafiq orqanlarla birlikdə işçinin ölümünün səbəblərini müəyyən etmək üçün mümkün olan hər şeyi edəcəyini” vəd edib:“Bizim çoxlu suallarımız var və onların cavablandırılmasını istəyirik… Həmkarımızın və komandamızın üzvünün itkisi məni utandırır və dəhşətə gətirir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu