Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 22-si axşam saatlarında paytaxtın Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin iki avtomobil toqquşub. Daha əvvəldən prospektlə irəliləyən avtomobilin sürücüsü ara məsafəsini düzgün saxlamayıb. Daha sonra işıqforun qırmızı işığında dayanmaq əvəzinə sürətlə keçməyə çalışsa da, qəzaya səbəb olub. Prospektlə hərəkət edən avtomobil əvvəlcə Xəqani Rüstəmov küçəsindən gələn minik maşınına, sonra isə svetofora çırpılıb. Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı svetofor yararsız vəziyyətə düşüb. Hadisənin görüntüləri DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayılıb. Qurumun əməkdaşları svetoforların bərpa olunması istiqamətində dərhal işlərə başlayıb.
Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub.
Səfər
Oxunub 250