Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan taksi sürücüsü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Şövkət Ələkbərova küçəsilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Bolt" taksi şirkətinə məxsus 90-YH-854 qeydiyyat nişanlı "BYD" markalı avtomobilin sürücüsü yolayrıcı qarşısında dayanaraq sağa və sola dönən nəqliyyat vasitələrinin yolunu kəsib. Görüntünü qeydə alan sürücünün səs siqnalı ilə xəbərdarlıq etməsinə baxmayaraq, taksi sürücüsü heç bir əhəmiyyət verməyərək dayanmağa davam edib.
Fərid