Sağa baxıb sola dönən sürücü qəza törətdi VİDEO

11.04.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda baş verən qəzanın videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 13-də, paytaxtın Bəkir Çobanzadə küçəsində baş verib.

Belə ki, 99-KA-993 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolayrıcından sola dönən zaman iki səhvə yol verib. Birinci səhv ondan ibarətdir ki, o, baş yolda hərəkət edən nəqliyyat vasitələrinə yol vermək üçün kəsişmə yerinə daxil olaraq yolu kəsib. İkinci səhv isə, sağa baxaraq sola dönməyi olub. Bu zaman soldan gələn avtomobilin qarşısına çıxaraq onu vurub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью