Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 6-da, paytaxtın Tbilisi prospektində qeydə alınıb.
Belə ki, 10-HD-666 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü geriyə dönəcəyini öncədən bildiyi halda orta zolaqla hərəkət edib. O, geriyə dönmə yerinə çatana yaxın qəfildən sola dönərək təhlükə yaradıb.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü sağa, sola və ya geriyə dönməzdən əvvəl, həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.
Fərid