Sağa keçmək üçün bahalı maşınıyla oyun çıxaran sürücü 77 NS 104 VİDEO

22.04.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində qayda pozan sürücü anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 19-da saat 18:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-NS-104 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Kadrdan da aydın olduğu kimi, sağa keçid etmək istəyən sürücü həmin zolaqdakı maşını yol boyu sıxışdıraraq hərəkətinə mane olub. Bu vaxt görüntünü qeydə alan sürücü siqnal verərək ona xəbərdarlıq edib. Lakin “Land Rover”in sürücüsü ona əhəmiyyət vermədən lüzumsuz manevr edərək sonda sağ zolağa keçib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью