Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 2,3 dəfə artıb

10.06.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar-aprel ayları ərzində sağalmaz xəstəliklərdən sığorta üzrə 3 milyon 47 min manat sığorta haqqı yığılıb.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyon 345 min manat təşkil edib.

Beləliklə, illik müqayisədə sığorta yığımları 1 milyon 702 min manat və ya 126,5% artıb.

Hesabat dövründə sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər 643 min manat olub.

2025-ci ilin yanvar-aprel aylarında isə bu növ sığorta üzrə 511 min manat sığorta ödənişi həyata keçirilib.

Nəticədə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 132 min manat və ya 25,8% artıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью