Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, paylaşımlarda partlayışın həkimin Badamdarda yerləşən evində baş verdiyi iddia olunub.
Məsələ ilə bağlı açıqlama verən həkim xəbəri təkzib edib:
"Əgər indi diriyəmsə, deməli, xəbər doğru deyil. Belə bir hadisə baş verməyib, yazılanlar yalandır".