Şağan qəsəbəsində sabah qaz olmayacaq

18.09.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью