Şağanda qətl: Qətl ehtiyatsızlıqdan baş verib?

19.08.2025

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəzər rayonu Prokurorluğunda Şağan qəsəbəsində baş verən qətllə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş açılıb.

Hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb. pizza

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

Araşdırmalar aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью