Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq. Ötən həftə Baş Dövlət Yol Polisi İdarəsi sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət e
Videoda sürücülərin əksəriyyətinin sol zolaqla hərəkəti diqqət çəkən məsələlərdən biri oldu.
İdarənin məlumatında qeyd olundu ki, qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.
Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məsələyə aydınlıq gətirib.
O bildirib ki, sürücülərin bu tələbə riayət etmələri üçün əvvəlcə yollarla bağlı problem həll edilməlidir.
“Əvvəlcə “Yol hərəkəti haqqında” Qanun 49-cu maddəsində qeyd olunur ki, normal hərəkət şəraitində sürücülər yolun sağ kənarı ilə hərəkət etməlidirlər.
Diqqət edirsizsə, cümlədə “normal hərəkət şəraiti” fikri öz əksini tapır.