Sağdan ötməyə hansı hallarda icazə verilir?

17.07.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsini ötərkən əsas qayda manevrin sol zolaqdan həyata keçirilməsidir.

Milli.Az xəbər verir ki, yəni relssiz nəqliyyat vasitələrinin qabaqlanması, bir qayda olaraq, sol tərəfdən aparılmalıdır.

Bununla yanaşı, qanunvericilikdə istisna hal da mövcuddur. Əgər öndə hərəkət edən avtomobilin sürücüsü sola dönəcəyini əvvəlcədən siqnal vasitəsilə göstərərək manevrə başlayıbsa, həmin nəqliyyat vasitəsini sağ tərəfdən ötmək mümkündür.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью