Sağına baxmadan hərəkət edən taksi sürücü təhlükə yaratdı VİDEO

25.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Diqqətsizlik edən taksi sürücüsü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 16-da, paytaxtın Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, "Bolt" taksi şirkətinə məxsus 77-YH-945 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun sol kənarından hərəkətə başlayan zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb. Sürücü tormoz verərək baş verə biləcək qəzanın qarşısını alıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью