Şagird avtobusları olacaq? Nazir açıqladı

14.09.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şagirdlər üçün avtobus xidmətinin təşkili ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə alınmalıdır.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, şagird avtobuslarının təşkili ilə əlaqədar məktəblərin dərs saatlarının dəyişdirilməsi mürəkkəb məsələdir.

“Valideynlər müəyyən saatlarda uşaqlarını dərsə gətirirlər. Hazırda şagirdlər üçün avtobus xidməti ilə bağlı konkret qərar yoxdur. Lakin keçirilən monitorinqlərin nəticələri təhlil olunur və ictimaiyyətə açıqlanır”, - deyə Emin Əmrullayev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью