Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Başqırdıstanda məktəbdə bıçaqla bağlı insident baş verib.
Redaktor.az bu barədə "Mash Batash" telegram kanalına istinadla xəbər verir.
Məlumata görə, hadisə Ufa rayonunda yerləşən Yumatovo kənd orta məktəbində qeydə alınıb.
Bildirilib ki, IX sinif şagirdi dərsə bıçaq gətirib. Texnologiya müəllimi şagirdin partasının üzərində qatlanan bıçaq gördükdən sonra dərhal müdaxilə edib, bıçağı şagirddən alaraq gizlədib. Bununla da mümkün təhlükənin qarşısı alınıb.
Hadisədən sonra müəllimlər şagirdlə maarifləndirici söhbət aparıblar və məktəbin mühafizəçilərindən giriş-çıxışda yoxlamaların daha ciddi şəkildə aparılmasını xahiş ediblər.
Nuriyyə NATİQQIZI