Şagird kimya dərsində xəsarət aldı

07.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada məktəb şagirdi kimya dərsi zamanı xəsarət alıb.

Redaktor.az “Bild”ə istinadən xəbər verir ki, hadisə Baden-Vürtemberq əyalətindəki məktəbdə kimya dərsi zamanı baş verib.

Əldə edilən məlumata görə, təfərrüatları açıqlanmayan eksperiment zamanı yanğına səbəb bir növ partlayış baş verib.

Yaralanan şagirdin 13 yaşı olub. Görünür, kimyəvi maddələri o, özü qarışdırıb. Nəticədə uşaq aldığı xəsarətlərə görə xüsusi klinikaya yerləşdirilib. Polis araşdırmaya başlayıb.

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью