Şagird məktəbdə öyrəndiyi biliklərlə universitetə qəbul ola bilmir AÇIQLAMA | Icma.az
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Bəzi təhsil ekspertlərinin fikrincə, məktəblərdə "Analitika" fənni tədris olunmalıdır.
Onlar hesab edirlər ki, bu fənnin tədrisi ilə şagirdlərin real bacarıqları ortaya çıxarılmalıdır.
Bəs "Analitika" fənni məktəblərdə tədris olunmalıdır? Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, m
Bu istiqamətdə istəklər və təkliflər çoxdur. Hansısa fənnin tədris olunmasına zərurət yaranmalı, əsaslandırılmalıdır. Məhz niyə həmin fənn?
Zərurət nədir? Məqsəd və hədəflər haraya doğru gedir? "Analitika" şagirdləri həyata hazırlayan fənn kimi düşünülə bilər.
Ümumiyyətlə, məktəblərdə hər hansısa bir fənnin keçirilməsi, hər hansısa bir fənnin əlavə olunması və ya o fənnin çıxarılması böyük müzakirə tələb edir.
Ən sonda qərarı dövlət qurumları verir. "Analitika" şagirdlərin real bacarıqlarını ortaya qoya bilər. Hazırkı təhsil sistemi əzbərçilikdir.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahanını verə bilmək üçün hazırlıq kurslarının kitablarını, materiallarını əzbərləməlidirlər.
Tam oxu
Xəbəri oxu