Şagird məktəbə “Molotov kokteyli” atdı Yaralılar var

01.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 5-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin Regional İdarəsindən bildirilib ki, 7-ci sinif şagirdi məktəbdə toplantı zamanı müəllimin üzünə bibər qazı sıxıb, daha sonra ona bıçaqla hücum edib. 

Məlumata görə, valideynlərdən biri müəllimin köməyinə gəlib və şagirdi sinif otağından itələyərək çıxartmağa çalışıb. Şahidlərin sözlərinə görə, şagird dəhlizdə “Molotov kokteyli” də atıb. 

Hücum nəticəsində məktəbin direktor müavini, siniflərdən birinin rəhbəri, texniki köməkçi, kimya müəllimi və 5 şagird yaralanıb. Onlar bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarəti və gözlərində kimyəvi yanıqlar alıblar. Yaralılara tibbi yardım göstərilib. Həyati təhlükəsi olan şəxs yoxdur.

Hadisənin səbəbi kimi məktəblinin sinif yoldaşları və bəzi müəllimlərlə gərgin münasibətlərinin olduğu göstərilir. Onun psixiatrik xəstəxanaya yerləşdirilməsi nəzərdən keçirilir.
Hüquq-mühafizə orqanlaırnı axtarış zamanı hadisəni törədən şagirdin telefonunda radikal məzmunlu Telegram kanalına abunə olduğu aşkarlanıb. 

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью