Şagird məktəbə silahla gəldi Bu ölkədə

28.09.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Türkiyənin Van şəhərinin Tuşba rayonunda qız şagirdin pompalı tüfənglə məktəbə gəlməsi təşvişə səbəb olub. Tüfəngin boş olduğu bildirilib.

"Bakupost" xəbər verir ki, hadisə Polatoğlu İbtidai və Orta Məktəbində baş verib.

Şagirdin əlindəki tüfəngi müəllim və valideynlər alıblar. Hadisə barədə polisə məlumat verilib və məktəbə gələn əməkdaşlar silahı müsadirə ediblər.

Şagird ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Hadisənin yayılmasından sonra çox sayda valideyn məktəbə gəlib.

Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda da yaxın günlərdə məktəb ətrafında tüfənglə atəş açılması nəticəsində 11 şagird yaralanmışdı. Van şəhərindəki hadisə məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью