Şagird məktəbin 3 cü mərtəbəsindən YIXILDI

03.06.2025

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bərdə rayonunda yeniyetmə qız məktəbdə xəsarət alıb.
Demokrat.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhəri ərazisində yerləşən 5 saylı tam orta məktəbdə baş verib.
Həmin məktəbdə təhsil alan Qaradağlı kənd sakini 2010-cu il təvəllüdlü Z. Şıxıyeva (şərti) 3-cü mərtəbədə yerləşən sinif otağının pəncərəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş Z. Şıxıyevanın vəziyyəti qənaətbəxşdir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью