Şagird və müəllimlər üçün ŞAD XƏBƏR Bakı, Quba, Siyəzəndə...

06.10.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir.

İşlər üçün ehtimal olunan qiymət 3 milyon 12 min manat müəyyənləşdirilib.

Layihə çərçivəsində Bakı, Quba, Siyəzən və digər ərazilərdəki məktəb binalarında cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Görüləcək işlər məktəb binalarının texniki vəziyyətinin yaxşılaşdırılmasına, dam örtüyü və suaxıdıcı sistemlərdə yaranan problemlərin aradan qaldırılmasına, həmçinin kanalizasiya sisteminin daha səmərəli işləməsinə şərait yaradacaq. Təmir nəticəsində təhsil müəssisəsində şagird və müəllimlər üçün daha təhlükəsiz, sağlam və komfortlu mühit formalaşdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью