Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

24.04.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

V və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Bu barədə Milli.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

"Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək", - məlumatda qeyd olunub.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью