Şagird yerdəyişməsinə oktyabrın 14 dən başlanılır

14.10.2025

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Oktyabrın 14-ü saat 11:00-dan etibarən şagird yerdəyişməsi prosesi başlayır.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Proses sy.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək. Hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivdir. Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью