Şagirdlər buraxılış imtahanı ilə bağlı qeydiyyatdan keçməlidir?

26.01.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının açıqlanıb.

"Cebheinfo.az” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin 22 yanvarda yaydığı məlumatda qeyd olunur ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.

Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. 

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər). 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

Bu gün isə DİM buraxılış imtahanı ilə bağlı yaydığı daha bir açıqlamada şagirdlərin buraxılış imtahanında iştirakı üçün  qeydiyyatdan keçməsi ilə bağlı məsələyə aydınlıq gətirib:

“Xeyr, buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur. Məlumatlar məktəb tərəfindən “Şagird-məzun” dövlət elektron informasiya sisteminə daxil olunur.

Şagirdlər imtahana bir neçə gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.

Qeyd edək ki, hər hansı bir imtahan üçün buraxılış vərəqəsi yerləşdirilən kimi bu haqda saytımızda və sosial şəbəkə hesablarımızda məlumat verilir”. 

Nigar 
“Cebheinfo.az”

Açar sözlər: imtahan qeydiyyat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью