Icma.az bildirir, 525.az portalına istinadən.
“Şagirdlərin eyni formada məktəbə gəlməsi İngiltərədə, ümumiyyətlə bir çox ölkələrdə əsrlər əvvəl tətbiq edilir. Bu təcrübə özünü tam doğruldub. Bunun Azərbaycanda tətbiqi zəruri idi”.
Bunu 525.az Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev bildirib. Professor qeyd edib ki, vahid məktəbli forması çox gözəldir: “İngiltərədə əsrlərdir orta məktəblərdə vahid geyim tətbiq edilir. Bu, yaxşı nəticələr verir. Ancaq bizdə buna bir qədər fərqli yanaşılır. Ona görə də vahid formanın tətbiqi üçün dövlətin dəstəyi lazımdır. Bu mənada, uşaqların məktəb geyimi ilə bağlı dövlətin müəyyən etdiyi ümumi qaydalar əsas götürülməlidir:
“Mən orta məktəblərdə şagirdlərin dərsə vahid məktəbli geyiminə uyğun olmayan tərzdə gəlməsinə qarşıyam. Bunu əleyhinəyəm. Uşaqlar valideynlərin diqtəsi ilə yox, qəbul edilmiş forma ilə tədris prosesində iştirak etməlidir. Hesab edirəm ki, bütün şagirdlər məktəbə eyni formada gəlməlidirlər”.
Sevinc Qarayeva