Şagirdlər sosial media hesabı aça BİLMƏYƏCƏK

19.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misirdə uşaqların sosial media platformalarından istifadəsi ilə bağlı yeni qaydalar tətbiq edilib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, yeni tənzimləməyə əsasən, 13 yaşdan aşağı uşaqlar sosial media platformalarında müstəqil hesab yarada bilməyəcək.

13-15 yaş aralığında olan istifadəçilər isə hesab yarada biləcəklər. Lakin bu yaş qrupunda hesab açıldıqda “Təhlükəsiz rejim” avtomatik və məcburi şəkildə aktivləşdiriləcək.

Yeni qaydalar çərçivəsində sosial media platformalarından istifadəçilərin yaşını yoxlamaq, yaş məhdudiyyətlərini keçmək cəhdlərinin qarşısını almaq və yaş yoxlanılması zamanı toplanan şəxsi məlumatları minimum səviyyədə saxlamaq tələb olunur.

Misirin aidiyyəti qurumları platformalara yeni tələbləri tətbiq etmək üçün 3 ay vaxt verib.Platformalar qərarın onlara bildirilməsindən sonra 30 gün ərzində texniki və əməliyyat tədbirlərini əks etdirən plan da təqdim etməlidir.

Qərarın uşaqları və gəncləri sosial media platformalarının yarada biləcəyi risklərdən və sui-istifadədən qorumaq məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, son dövrlərdə yetkinlik yaşına çatmayanların sosial media istifadəsinə məhdudiyyətlərin tətbiqi bir sıra ölkələrdə gündəmə gəlib.

Məlumata görə, dünyada təxminən 20 ölkə uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qaydalar tətbiq edib və ya belə tədbirlər görəcəyini açıqlayıb.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də sentyabrın 16-da Avropa İttifaqının 13 yaşdan aşağı uşaqların sosial media istifadəsini qadağan etməyi, 15 yaşa qədər isə məhdud və nəzarətli girişə icazə verməyi planlaşdırdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью