Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təhsil sahəsində rəqəmsallaşma prosesi sürətlə davam edir. Şagirdlərin həm kağız, həm də elektron resurslardan istifadə imkanları artırılır.
BAKU.WS-in sorğusunu cavablayan Elm və Təhsil Nazirliyi bildirib ki, ümumi təhsil pilləsi üzrə bütün dərsliklərin elektron nüsxələri açıq resurs kimi www.e-derslik.edu.az portalında və www.trims.edu.az saytında mövcuddur.
2025-2026-cı tədris ili üçün yeni hazırlanan və təkmilləşdirilən dərsliklər rəqəmsallaşdırılıb və təhsil ictimaiyyətinin istifadəsinə verilib. Bu isə elektron dərslik sisteminin tam işlək və mütəmadi yeniləndiyini göstərir.
Şahanə Xankişiyeva