Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi

27.05.2025

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qax  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə şəhər 3 saylı tam orta məktəbdə maarifləndirmə xarakterli görüş keçiriblər.

Məlumatı DİN mətbuat xidməti verib. 

Çıxış edən polis əməkdaşları yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Görüşdə məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr etdikləri səhnəciklər nümayiş olunub, suallar cavablandırılıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью