Şagirdlərə şəhərsalma və memarlıq öyrədilir

15.09.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Şəhərsalma və memarlıq ölkənin inkişafını və insanların həyat şəraitini əks etdirən mühüm sahələrdəndir. Şəhərlərin düzgün planlaşdırılması, müasir və təhlükəsiz binaların tikilməsi, yaşıllıqların qorunması, yolların və sosial obyektlərin düzgün yerləşdirilməsi insanların rahat yaşayışını təmin edir. Azərbaycanda şəhərsalma və memarlığın inkişafına, milli memarlıq nümunələrinin qorunmasına xüsusi diqqət yetirilir.

Şəhərsalma və Memarlıq İli bu sahənin əhəmiyyətini şagirdlərə də tanıtmaq baxımından böyük imkan yaradır. Məktəblərdə keçirilən dərslər və tədbirlər zamanı şagirdlər şəhərlərin quruluşu, tarixi abidələr, müasir memarlıq nümunələri və ətraf mühitin qorunması haqqında məlumat əldə edə bilərlər. Coğrafiya dərslərində şəhərlərin planlaşdırılması və əhali məskunlaşması, tarix dərslərində qədim şəhərlər və memarlıq abidələri, təsviri incəsənət və texnologiya dərslərində isə memarlıq nümunələrinin təsviri və maketlərin hazırlanması öyrədilə bilər. Bu mövzular şagirdlərdə şəhər mühitinə, tarixi irsə və təbiətə məsuliyyətli münasibət formalaşdırır.

Beləliklə, şəhərsalma və memarlıq yalnız tikinti sahəsi deyil, həm də təhsil, mədəniyyət və cəmiyyətin inkişafı ilə bağlı mühüm istiqamətdir. Şagirdlərin bu sahə haqqında məlumatlandırılması onların dünyagörüşünü genişləndirir və gələcəkdə şəhərimizin qorunmasına, inkişafına töhfə verən məsuliyyətli vətəndaş kimi formalaşmasına kömək edir.

Zöhrə Səmədova

Qamət Abbasov adına 284 saylı ümumtəhsil məktəbinin tarix müəllimi

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью