Şagirdlərin elektron yerdəyişməsi hansı qaydada aparılır və problemlər nədən ibarətdir? Ek…
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan təhsil sistemində ifrat dərəcədə mərkəzləşdirmə texniki nasazlıqlarla müşayət olunur və müəyyən narazılıqlar yaradır.
Bu baxımdan təhsil sahəsində, şagirdlərin istər məktəbə qəbulunda, istərsə də yerdəyişməsində elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasını təmin etməkdir.
Şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq əsas şərtdir.
Şagirdlərin elektron yerdəyişməsi sistemi siniflərin komplektləşdirilməsi dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərir və yalnız sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur.
Məsələ ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, elektron yerdəyişmədə valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçmək imkanına malikdir: “Gəlin görək, bütün evlərdə internet resursları varmı?
Bütün ailə üzvləri elektron xidmətlərlə bağlı bacarıq və bilgilərə sahibləniblərmi?
Bu və digər səbəblərdən ilk növbədə valideynlərin rahatlığına, vətəndaşların məmnunluğuna hesablanmış bu addım heç də hamı tərəfindən birmənalı qarşılanmır.
Tam oxu
Xəbəri oxu