Şagirdlərin gül və tort sürprizi müəllimi qəzəbləndirib VİDEO

29.11.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şagirdlərin gül və tort sürprizi müəllimi qəzəbləndirib - VİDEO

Şagirdlərin "Müəllimlər Günü"ndə cibxərcliyi ilə etdikləri sürprizə müəllimin reaksiyası fərqli oldu.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əllərində tort və gül-çiçəklə sinifə daxil olan şagirdləri görən müəllim həm təəccübləndi, həm də təsirləndi.

Şagirdlərin "Müəllimlər Günü"ndə cibxərcliyi ilə hədiyyə almaqlarına əsəbiləşən müəllim "Çox sağ olun, amma mən belə şeylər istəməzdim" - dedi. Şagirdlər "az pul verdik" deyərək müəllimi razı salmağa çalışarkən, müəllim "niyə belə edirsiniz, mən deyirəm, etməyin" - dedi.

Tələbələrin sürpriz videosu qısa zamanda sosial mediada gündəm olub. İstifadəçilərin bəziləri müəllimin reaksiyasını lazımsız hesab etsə də, bəzi istifadəçilər şagirdlərin rifahını düşündüyü üçün müəllimi təbrik ediblər.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью