Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şagirdlərin dərslikləri, müxtəlif mövzularda mətnləri, sənədləri və gündəlik informasiyanı düzgün və dərin şəkildə anlaması üçün onlarda oxu bacarığının formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Bu prosesdə müəllimlərin oxu savadlılığına əsaslanan doğru və məqsədyönlü tədris strategiyalarını seçməsi şagirdlərin oxu fəaliyyətlərində daha fəal, şüurlu və effektiv iştirakına real töhfə verir.Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnsitutu (ARTİ) məlumat yayıb.Məhz bu ehtiyacı nəzərə alaraq, Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) müəllimlər üçün oxu tədrisini dəstəkləyən, müasir pedaqoji yanaşmalara əsaslanan bir sıra metodik vəsaitlər hazırlayıb.Həmin metodik vəsaitlərdən ikisi artıq ARTİ tərəfindən Azərbaycan dilinə tərcümə edilərək yerli kontekstə uyğunlaşdırılıb.
Bu vəsaitlər şagirdlərə aşağıdakı istiqamətlər üzrə praktik dəstək verməyi hədəfləyir:· oxuyub-anlama bacarığının mərhələli formalaşdırılması; · ənənəvi və rəqəmsal mətnlərlə iş bacarıqlarının inkişafı; · dərsdaxili oxu fəaliyyətlərinin daha məqsədli və səmərəli qurulması.Uyğunlaşdırılmış bu iki metodik vəsait ilə bağlı ətraflı məlumatı təqdim edirik:Şagirdlərdə oxuyub-anlama bacarıqlarının formalaşdırılması – Müəllimlər şagirdlərin oxuyub-anlama bacarıqlarını formalaşdırarkən müxtəlif prinsiplərdən, strategiyalardan, sinif tapşırıqlarından və köməkçi vasitələrdən istifadə edirlər.
Bu metodik vəsait müəllimlər üçün bu istiqamətdə faydalı olacaqdır.
Belə ki, bu metodik vəsait oxuyub-anlama bacarığını tədris etmək üçün 5 əsas prinsipdən, 7 əsas oxu strategiyasından, PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatında istifadə olunmuş bir mətn əsasında hazırlanmış sinif tapşırığından və müəllimlərə kömək etmək üçün tövsiyələrdən bəhs edir.Müvafiq metodik vəsait ilə tanış olmaq üçün keçid: https://online.flippingbook.com/view/679148917/Şagirdlərdə rəqəmsal mətnləri oxuyub-anlama bacarığının formalaşdırılması – Kitab oxumaqla yanaşı, şagirdlər rəqəmsal texnologiyalar və internet vasitəsilə təqdim olunan müxtəlif növ rəqəmsal mətnlərdən də məlumat əldə edirlər.
Rəqəmsal mətnləri oxuyub-anlamaq vacib bir bacarıqdır. Bu metodik vəsait PIRLS 2021 (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.